Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş nazir müavininin həbs müddəti uzadıldı - YENİLƏNİB

Keçmiş nazir müavininin həbs müddəti uzadıldı - YENİLƏNİB

Tarix: 2 Sentyabr 2020 18:22

18:20

Bu gün Səbail Səbail rayon Məhkəməsində Mədəniyyət nazirinin keçmiş müavini Bayramov Rafiq Yasin oğlunun məhkməsi keçirilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Səbail rayon Məhkəməsində Rafiq Bayramov barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb və həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

---------

18:03

Mədəniyyət nazirinin keçmiş müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Sultanov Zakir İmran oğlu məhkəməyə gətirilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Səbail rayon Məhkəməsində Rafiq Bayramov və Zakir Sultanov barəsində istintaq orqanının verdiyi təqdimata baxılır.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Etiketlər:  Keçmiş nazir müavininin həbs müddəti uzadıldı YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ