Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2020 05:36
Bakı. Trend:
Yaponiyanın Kyuşu adasında ən az 117 min ev "Maysak" tayfununun səbəb olduğu güclü yağışlar və külək nəticəsində elektrik enerjisiz qaldı.
Trend-in məlumatına görə, bu barədə NHK telekanalı bildirib.
Qeyd edilib ki, Saqa, Kumamoto və Fukuoka prefekturalarının ərazisində elektrik enerjisinin kəsilməsi halları qeyd edilib.
Lakin bu cür hadisələrin çoxu Naqasaki prefekturasında baş verib.