Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtda itkin düşən azyaşlının axtarışına başlanılıb

Sumqayıtda itkin düşən azyaşlının axtarışına başlanılıb

Tarix: 3 Sentyabr 2020 07:06

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə bu gün axşam saatlarında Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə naməlum şəraitdə itkin düşən 2010-cu il təvəllüdlü Davudov Yusif Bəhlul oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, ilkin olaraq, Sumqayıt Regional Mərkəzinin xilasetmə qrupu və polis əməkdaşlarının iştirakı ilə Y.Davudovun itkin düşdüyü ehtimal olunan ərazidə axtarış işlərinə başlanılıb. Uşağın Samur-Abşeron kanalına düşməsinə əsaslı şübhələr yarandığından Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Milli.Az


Etiketlər:  Sumqayıtda itkin düşən azyaşlının axtarışına başlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ