Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2020 10:50
İstisna deyil ki, məktəbdəki kadr sıxlığı, müəllimlərin qənaətbəxş olmayan nailiyyətləri və akademik göstəriciləri hesaba alınmadan əmək müqaviləsinin müddəti uzadılır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.
Onun sözlərinə görə, əmək müqaviləsinin müddətinin bu formada uzadılması haqlı olaraq, digərlərində narazılıq yaradır və "ümumi ədalət" prinsiplərini müzakirə predmetinə çevirir.
M. Camalzadə qeyd edib ki, əsas məsələlərdən biri bəzən əmək müqavilələrinin ləğvi zamanı mənəvi amillərin yaddan çıxarılmasıdır:
"Nəzərə almalıyıq ki, həyatını bu sənətə həsr etmiş müəllimlərimiz var. Hüquqi əsasımızın nə olmasından asılı olmayaraq, məktəbdən uzaqlaşmaq həmin insanlar üçün ağırdır. Amma həmin psixoloji travmanı azaltmaq üçün bizlər nələrsə edə bilərik. Həmin insanları təntənəli şəkildə yola sala bilərik. Onların ünvanına bizlər, kollektivin digər üzvləri və şagirdlər xoş sözlər deyə bilər. Əminəm ki, bu tədbirin təşkilində tərbiyə işləri üzrə direktor müavinlərimiz də öz köməyini əsirgəməyəcəkdir. Həmin tədbiri məktəblərimizin sosial hesablarında işıqlandıra da bilərik. Hətta sosial şəraitimiz imkan verirsə, balaca bir gül buketi də təşkil edə bilərik".