Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naxçıvanda MDB məkanında ən böyük hərbi xəstəxanalardan biri tikilir - VİDEO - FOTO

Naxçıvanda MDB məkanında ən böyük hərbi xəstəxanalardan biri tikilir - VİDEO - FOTO

Tarix: 4 Sentyabr 2020 14:00

Naxçıvan Qarnizonu Qoşunlarında xidmət keçən hərbi qulluqçuların və ailə üzvlərinin sağlamlıqlarının qorunması işi daim diqqət mərkəzində saxlanılır.

Müdafiə Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq hazırda tikinti işlərinin aparıldığı və MDB məkanında ən böyük hərbi xəstəxanalardan olacaq Naxçıvan Muxtar Respublikası Mərkəzi Hərbi Hospitalını misal göstərmək olar. Bir məqamı da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2018-ci il mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun "N" hərbi hissəsində yeni hərbi xəstəxananın açılışında iştirak etməsi dövlət qayğısını hər zaman üzərilərində hiss edən hərbi qulluqçularımızda böyük ruh yüksəkliyi yaradıb.

Tibbin ən son nailiyyətlərindən olan avadanlıqlarla təchiz edilmiş hərbi hissələrin xəstəxana və tibb məntəqələrində müxtəlif bölmə, kabinə və laboratoriyalar fəaliyyət göstərir. Bütün hərbi xəstəxanalarda şəxsi heyətə ilkin tibbi yardım göstərmək üçün sarğı, prosedur və təxirəsalınmaz yardım otaqları mövcuddur. Müalicə və müayinə olunan hərbi qulluqçuların qidalanması və asudə vaxtlarının səmərəli təşkili diqqətdə saxlanılır. Hərbi tibb personalı yaradılan hərtərəfli şəraitdən istifadə edərək hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərmək üçün əllərindən gələni əsirgəmirlər.

İstər həkim, istərsə də orta tibb işçilərinin peşəkarlıqlarının artırılması məqsədilə hərbi tibbi hazırlıq üzrə məşğələlərlə yanaşı təkmilləşdirmə kursları da keçirilir. Təxliyə qruplarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində müasir təcrübənin öyrənilməsi və tətbiqi daim diqqət mərkəzindədir. Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən birgə döyüş atışlı taktiki və taktiki-xüsusi təlimlərdə tibb təminatının yüksək səviyyədə təşkili üçün hərbi həkim heyəti praktiki fəaliyyətlərə cəlb edilir. Təlimlər zamanı peşəkar tibb personalı döyüş meydanından yaralıların səhra şəraitində açılmış tibb məntəqəsinə təxliyəsini və tibbi yardımın göstərilməsini məşq edirlər.

Muxtar respublika ərazisində koronavirus infeksiyasına qarşı aparılan zəruri qabaqlayıcı profilaktik tədbirlər çərçivəsində Naxçıvan Qarnizonu Qoşunlarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilərək sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.

Şəxsi heyətin sağlamlığı vacib amil olduğundan hərbi hissələrin xəstəxana və tibb məntəqələri bütün tibbi ləvazimatlarla təmin edilib və hərbi qulluqçuların gigiyena qaydalarına düzgün əməl etmələri üçün profilaktik tədbirlər görülür. Həyata keçirilən sanitariya-gigiyena, əks-epidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya işlərinin nəticəsidir ki, hazırda dünyanın mübarizə apardığı xəstəliklərdən uzaq olan hərbi qulluqçularımız "Təlimdə tər, döyüşdə zəfər" prinsipi ilə real döyüş şəraitində keçirilən təlimlərdə bütün tapşırıqları peşəkarcasına yerinə yetirir və ayıq-sayıq döyüş növbətçiliyi aparırlar.


Etiketlər:  Naxçıvanda məkanında böyük hərbi xəstəxanalardan biri tikilir VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ