Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2020 21:48
Bakı. Trend:
Rusiyada iyul ayında yeni növ koronavirusdan (COVİD-19) əziyyət çəkən 10 079 nəfər ölüb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Dövlət Statistika Federal Xidmətindən bildiriblər.
Məlumata əsasən, iyun ayında yeni növ koronavirusdan əziyyət çəkən 11 917 nəfər, may ayında isə 12 452 nəfər vəfat edib.
Bildirilir ki, iyul ayında ölənlərdən 4 683 nəfərdə koronavirus əsas ölüm səbəbi olub, 1 059 nəfərdə əsas ölüm səbəbinin koronavirus olduğu ehtimal edilir, 1 191 nəfərdə ölüm zamanı yanaşı xəstəliklər olub, 2 966 nəfərdə isə koronavirus ölüm səbəbi olmayıb.