Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2020 20:12
Bakı. Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 5-nə olan statistik göstəriciləri açıqlayıb.
Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 179 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 956 492 test aparılıb. Aktiv xəstə sayı 2 082 nəfərdir, onlardan 131 nəfər reanimasiyadadır, 12 nəfər isə süni tənəffüs aparatına qoşulub.