Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda vəzifəli şəxsin oğlu yol qəzası törətdi, ölən var

Azərbaycanda vəzifəli şəxsin oğlu yol qəzası törətdi, ölən var

Tarix: 6 Sentyabr 2020 10:24

Xaçmazda avtomobil yolu keçmək istəyən piyadanı vuraraq öldürüb.

Sonxeber.net Qaynarinfo-ya istinadla xəbər verir ki, hadisə Xaçmaz-Xudat yolunun rayonun Çinartala kəndindən keçən hissəsində qeydə alınıb.

Xaçmazın Palçıqoba kənd sakini, 1993-cü il təvvəllüdlü Səlim Natiq oğlu Alışov yolu keçmək istəyərkən onu "Mercedes" markalı avtomobil vurub.

S.Alışov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və ona açıq kəllə-beyin travması, sağ baldır sümüyünün açıq yarası diaqnozları qoyulub. Yaralıya tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Şahidlərin sözlərinə görə, hadisəni törədən "Mercedes" markalı avtomobilin sürücüsü 3 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini Vüqar Məmmədovun oğlu Firuz Məmmədovdur.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Azərbaycanda vəzifəli şəxsin oğlu qəzası törətdi ölən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ