Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kaliforniyada meşə yanğınları təxliyyəyə səbəb oldu

Kaliforniyada meşə yanğınları təxliyyəyə səbəb oldu

Tarix: 6 Sentyabr 2020 10:27

Bakı. Trend:

Kütləvi meşə yanğını səbəbindən ABŞ-ın Kaliforniya ştatında evakuasiya elan edilib.

Trend Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Klivlend milli qoruğunun "Twitter" səhifəsində məlumat verilib.

Bildirilir ki, San Dieqo əyalətinin Alpayn yaşayış məntəqəsinin yaxınlığında meşələr yanır. Yanğının sahəsi 120 hektardan çoxdur.

"Yanğının yayılma sürəti təhlükəlidir, evakuasiya elan edilib", - "Twitter"də yazılır.

Xilasetmə işləri aparılır. Xəsarət alan və ölənlər barədə məlumat verilmir.


Etiketlər:  Kaliforniyada meşə yanğınları təxliyyəyə səbəb oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ