Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2020 21:00
AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının məqaləsi Misir Ərəb Respublikasının "əl-Daulə" informasiya agentliyində dərc edilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, məqalə "Beynəlxalq ictimaiyyət ermənilərin Azərbaycanın Qubadlı şəhərini işğal etməsini qınayır" adlanır.
Məqalədə Qubadlı şəhərinin tarixindən və ermənilərin 31 avqust 1993-cü ildə tarixi Azərbaycan torpağını işğal etməsindən bəhs edilir. Yazıda, həmçinin beynəlxalq təşkilatların erməni işğalı barəsində çıxardığı qətnamə və bəyanatlara da toxunulub.
Məqalənin linki: http://www.aldawlanews.com/archives/681806