Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2020 17:02
Bakı. Samir Əli - Trend:
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Masallı rayonunda dilənçiliklə məşğul olanların sayının artması ilə bağlı yayılan məlumatla münasibət bildirib.
Nazirlikdən Trend-ə verilən məlumatda bildirilir ki, yayılan məlumat uydurmadır: "Bildiririk ki, iddianın heç bir əsası yoxdur. Belə ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xidməti ərazidə mütəmadi reydlər təşkil edilir və dilənçiliklə məşğul olanlara rast gəlinməyib".