Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Erməniləri bu cür açıqlamalar etməyə havadarları məcbur edir''

''Erməniləri bu cür açıqlamalar etməyə havadarları məcbur edir''

Tarix: 8 Sentyabr 2020 11:12

İlk dəfə deyil ki, Ermənistan hakimiyyəti, rəsmiləri, Dağlıq Qarabağ separatçıları Azərbaycana hədə-qorxu gəlməyə çalışırlar.

Bunu Sonxeber.net-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyan guya Gəncəni bombalaya biləcəklərinə dair hədələrlə çıxışını şərh edərkən deyib.

Politoloq bildirib ki, erməniləri bu cür açıqlamalar etməyə havadarları məcbur edir:

"Bir ara deyirdilər ki, "Mingəçevir Su Elektrik Stansiyasını vurarıq". İndi son zamanlar Gəncənin adını çəkirlər. Niyə belə etdikləri bəllidir. Bununla guya bizə mesaj göndərirlər ki, biz savaşa başlasaq, bizə daha ağır zərbələr vura bilərlər, guya daha çox torpaqlarımızı işğal edə bilərlər. Bu, hədə-qorxudur! Əlbəttə, bunu özbaşına etmirlər, havadarları da bu cür açıqlamalar verməyə məcbur edirlər. Ancaq bu cür açıqlamalar bizi öz planlarımızdan çəkindirməməli, yayındırmamalıdır. Tovuzdakı təxribatı ona görə törətdilər ki, bizi Dağlıq Qarabağ istiqamətindən yayındırsınlar. Çünki bilirlər ki, bizim əsas hədəfimiz Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunmasıdır. Bu "mesajları" da məhz buna xidmət edir ki, biz hədəfimizdən yayınaq".

Elxan Şahinoğlu qondarma rejim rəhbərinin bu cür bəyanatını öz əhalisini sakitləşdirmək üçün qabaqdangəlmişlik adlandırıb:

"Türkiyə-Azərbaycan hərbi ittifaqı güclənir və dövlət başçısı İlham Əliyev də qeyd edir ki, yekun həllə hazırlaşmalıyıq. Bunun nə demək olduğunu Ermənistan hakimiyyəti rəsmiləri, həm də Dağlıq Qarabağ separatçıları anlayırlar. Ona görə həm də öz əhalisini sakitləşdirmək üçün belə qabaqdangəlmişlik edirlər ki, guya ki, daha çox Azərbaycan ərazilərini işğal edə bilərlər. Amma bu, sırf təxribatdır və bu təxribatları biz gərək o qədər də nəzərə almayaq. Biz öz işimizi görməliyik, öz planlarımızı hazırlamalıyıq".

Təhməz Əsədov


Etiketlər:  Erməniləri cür açıqlamalar etməyə havadarları məcbur edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ