Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ehtiyacı olan tələbələrə təhsil haqlarında güzəştlərin edilməsi məqsədəuygundur'' - Ekspert

''Ehtiyacı olan tələbələrə təhsil haqlarında güzəştlərin edilməsi məqsədəuygundur'' - Ekspert

Tarix: 8 Sentyabr 2020 16:10

Ehtiyacı olan tələbələrə təhsil haqları ilə bağlı güzəştlərin edilməsi məqsədəuyğundur.

Sonxeber.net bildirir ki, bunu Trend-ə təhsil üzrə ekspert Elçin Süleymanov deyib.

Onun sözlərinə görə, pandemiya ilə əlaqədar orta məktəb, ali və orta ixtisas təhsili müəssisələrinin bəzi kommunal xərcləri azalıb. Amma dezinfeksiya və siniflərin qruplara bölünməsi nəticəsində dərs yüklərinin artması səbəbindən təhsil müəssisələrinin xərcləri müəyyən qədər artıb.

Bu müddətdə təhsil müəssisələrinin heç bir əməkdaşını işdən azad etmədiyini də nəzərə çatdıran E.Süleymanov təhsil haqqında güzəşt məsələsinə fərdi şəkildə yanaşılaraq həll olunmasını vacib sayıb:

"Təhsil müəssisələrinin müəyyən pullu xidmətlərindən (servis, yemək, yataqxana və s) istifadə edilmədikdə bu xərclər hesabına təhsil haqqı azaldılmalıdır. Eyni zamanda həmkarlar təşkilatlarının xətti ilə maddi imkanı zəif olan şagird və tələbələrə pulsuz internet paketləri veilə bilər. Hazırda pandemiyadan zərər şəkən ailənin üzvü olan tələbələr iki semestr ərzində təhsil haqqı ödəməkdən azaddırlar. Eyni zamanda təkrar imtahan və kəsr dərsləri ödənişsizdir".

E.Süleymanov qeyd edib ki, universitetlər mövcud şəraiti nəzərə alaraq, təhsil haqqının ödənilməsi təqviminə də güzəştlər tətbiq edirlər:

"Başqa güzəştlər universitetlərin büdcəsi üçün bir az çətin ola bilər. Çünki əksər universitetilərin gəlirlərinin 90-95 faizi təhsil haqlarından formalaşır və cari xərclərə yönləndirilir. Ona görə hər kəs üçün olmasa da, ehtiyacı olan tələbələrə həssaslıqla yanaşılaraq, güzəştlərin tətbiq edilməsi məqsədəuygundur".


Etiketlər:  Ehtiyacı olan tələbələrə təhsil haqlarında güzəştlərin edilməsi məqsədəuygundur Ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ