Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bu, irqçilik və haqsızlıqdır” – “Qarabağ”dan sərt cavab

“Bu, irqçilik və haqsızlıqdır” – “Qarabağ”dan sərt cavab

Tarix: 8 Sentyabr 2020 16:42

"Norveç hökuməti rəsmisinin açıqlamasından mətbuat vasitəsi ilə xəbər tutmuşuq. Təəssüflər olsun ki, neçə müddətdir Norveç tərəfi məsələyə advekat yanaşmır”.

Bu sözləri Qol.az saytına açıqlamasında "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

Norveç hökuməti UEFA-nın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Mölde”nin oyunçuıarına geri qayıtdıqdan sonra karantində saxlanılmaması barədə xahişini rədd edib.

N.İbrahimov Qol.az saytına açıqlamasında deyib: “Norveç hökumətinin bu qərarı irqçilik və bərabərlik hüququnun pozulmasıdır. Bilirsiniz ki, Avstriya yığması Millətlər Liqasının oyunu üçün Norveçə gedəndə karantində saxlanılmadı. Eləcə də Norveç yığmasının oyunçular dünən Şimali İrlandiyadan qayıdandan sonra da karantinə alınmayıb. Onlar Bunu Avropa Birliyi ölkələri üçün istisna kimi qəbul etdilər. Amma bu da haqsızlıqdır. Çünki UEFA-nın ən önəmli şüarlarından biri bərabərlikdir. UEFA bayrağı altında olan bütün ölkələr də bərabərdir. Digər bir amil isə irqçilikdir. Norveç hökumətinin sadəcə Avropa Birliyi ölkələrinə giriş-çıxış icazə verməsini biz irqçilik və bərabərlik hüququnun pozulması kimi qəbul edirik. Artıq neçə gün keçib. Təbii ki, Norveç hökumətinin bu qərarı "Molde"nin maraqlarına xidmət edir. İnanırıq ki, UEFA sonda ədalətli qərar verəcək".

N.İbrahimov Azərbaycanın koronavirusla bağlı beynəxalq təhlükəsizlik qaydalarına maksimum riayət etməyə çalışdığını da vurğulayıb: "Daha öncə bu mövsüm Çempionlar Liqasında istər bizim, istərsə də digər klublarımızın Avroliqada keçirdiyi matçlar zamanı bununla bağlı problem olmayıb. Biz əminik ki, Azərbaycan bu ev oyununu heç bir Avropa ölkəsindən qəbul etməyəcək və bütün qaydalara riayət olunacaq. Bütün təhlükəsizlik tədbirləri dövlət tərəfindən tənzimlənir. Biz ev sahibliyini və təhlükəsizliyi Şimali İrlandiyadan daha yaxşı edəcəyimizə inanırıq".

Xatırladaq ki, ilkin püşkə əsasən,  “Qarabağ” – “Mölde” matçı sentyabrın 16-sı Bakıda keçirilməlidir.

 


Etiketlər:  irqçilik haqsızlıqdır Qarabağdan sərt cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ