Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

15 yaşlı oğluna yarım milyonluq ''Lamborghini'' ALDI - FOTO

15 yaşlı oğluna yarım milyonluq ''Lamborghini'' ALDI - FOTO

Tarix: 4 Noyabr 2025 10:58

Futbol ulduzu Kriştiano Ronaldonun 15 yaşlı oğlu ilk avtomobil hədiyyəsini alıb.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, gənc futbolçuya dəyəri 200.000-300.000 avro arasında dəyişən Lamborghini Urus S bağışlanıb.

Hazırda "Əl-Nəsr" akademiyasında çıxış edən Ronaldo Junior bu yaxınlarda Portuqaliyanın U-16 milli komandasında debüt edib. O, Türkiyə yığmasına qarşı keçirilən və 2:0 hesabı ilə başa çatan oyunda əvəzedici heyətdən meydana daxil olub.

Qeyd edək ki, atası Kriştiano Ronaldonun ilk avtomobili "Mançester Yunayted"də oynadığı illərdə aldığı Audi S3 olub. İllər ərzində o, "Bugatti", "Ferrari", "Lamborghini", "Rolls-Royce" kimi markalardan ibarət nəhəng superkar kolleksiyası yaradıb.

Belə görünür ki, atasının avtomobil sevgisi artıq oğluna da keçib.

Hüseyn


Etiketlər:  yaşlı oğluna yarım milyonluq Lamborghini ALDI FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ