Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2025 14:58
Toy mərasimi zamanı gözlənilməz hadisə baş verib.
Sonxeber.net xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə oğlan evində keçirilən toy zamanı döşəmənin bir hissəsinin qəfil çökməsi əks olunub.
Görüntülərin harada çəkildiyi barədə dəqiq məlumat olmasa da, xoşbəxtlikdən hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.
Qonaqların və ailə üzvlərinin anidən yerə düşməsinə baxmayaraq, vəziyyət gülüşlə qarşılanıb.
Sosial mediada paylaşılan video qısa zamanda minlərlə baxış toplayaraq müzakirələrə səbəb olub. İzləyicilər hadisəni "toyun unudulmaz anı" kimi şərh ediblər.
Musa