Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə futbolunda qalmaqal: Klubun taktiki planları rəqiblərə ötürüldü

Türkiyə futbolunda qalmaqal: Klubun taktiki planları rəqiblərə ötürüldü

Tarix: 4 Noyabr 2025 12:34

"Keçən həftə Türkiyə Superliqasında "Başakşəhər"ə qarşı matçdan əvvəl klubumuzda işləyənlərdən biri bütün məlumatları rəqib baş məşqçi Nuri Şahinə çatdırıb".

Sonxeber.net "Fanatik" nəşrinə istinadən xəbər verir ki, bunu "Antalyaspor" klubunun baş məşqçisi Erol Bulut deyib.

O, ölkə çempionatı çərçivəsində noyabrın 3-də "Eyüpspor"la səfər oyunundan əvvəl də eyni hadisənin yaşandığını vurğulayıb:

"Bütün taktiki planlarımız, topla necə oynayacağımız, hücumda nə edəcəyimiz ilə bağlı məlumatlar da "Eyüpspor"un baş məşqçisinə çatdırılıb. Klubun çörəyini yeyib xəyanət edənlər komandadan uzaqlaşdırılmalıdır. Onun kim olduğunu yaxın zamanda tapacağıq".


Etiketlər:  Türkiyə futbolunda qalmaqal Klubun taktiki planları rəqiblərə ötürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ