Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2025 20:54
Prezident İlham Əliyevin Qazaxıstanda verdiyi bəyanata uyğun olaraq, buğda yüklü qatar Azərbaycandan tranzit keçməklə Ermənistana gedib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, noyabrın 4-də saat 00:15-də Rusiyadan Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1048 ton 800 kq olan buğda yüklü 15 ədəd vaqon rəsmiləşdirilərək Ermənistanın Dalarik stansiyasına yola salınıb.
Xatırladaq ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etmişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.