Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2020 19:05
Müğənni Elnarə Xəlilova karantin başlayandan sosial şəbəkədə öz fotolarını paylaşmağı dayandırıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi bu günlərdə özünün yer aldığı video yayımlayıb. Görüntülərdə E.Xəlilovanın çox kök görünməsi onun yenidan ana olmağa hazırlaşdığı iddialarını ortaya atıb.
Hətta bunla bağlı ifaçıya sosial şəbəkədə də sual ünvanlanıb.
Elnarə saytımıza açıqlamasında bildirib ki, karantin günlərində evdə uşaqları ilə vaxt keçirib. Qidalanmasına fikir verməyən ifaçı xeyli çəki alıb. O əlavə edib ki, hazırda bir az arıqlayıb.
Qeyd edək ki, keçmiş aparıcı Rövşən Cahangirovla ailəli olan sənətçinin 4 övladı var.