Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Malayziya Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırır

Malayziya Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırır

Tarix: 9 Sentyabr 2020 13:32

Bakı. Ceyla Əliyeva - Trend:

Malayziya Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı tam dəstəkləyir və hər zaman Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və BMT çərçivəsində çoxtərəfli forumlarda Azərbaycanla həmrəyliyini və dəstəyini nümayiş etdirir.

Bunu Trend-ə Malayziyanın Azərbaycandakı səfiri Yubazlan Bin Yusof deyib.

Səfir bildirib ki, Malayziya Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəkləyir, eləcə də Ermənistanın işğal olunmuş əraziləri saxlamaq üçün güc tətbiq etməsini qəbuledilməz hesab edir.

Onun sözlərinə görə, Malayziya bundan sonra da erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılması üzrə beynəlxalq səyləri dəstəkləməkdə davam edəcək:

“Malayziya qətiyyətlə Ermənistan hökumətini BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində beynəlxalq öhdəliklərini yerinə yetirməyə və Azərbaycan ərazilərinin işğalını dayandırmağa çağırır, çünki bu, münaqişənin yeganə həllidir”.

Bir müddət əvvəl Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribata toxuna səfir bildirib ki, Malayziya həmin insidentlər zamanı insanların həlak olması ilə əlaqədar dərin hüznünü bildirir:

“Malayziya döyüş əməliyyatlarının dərhal dayandırılmasına və münaqişədə eskalasiyanın azalması üçün zəruri addımların atılmasına çağırış edir”.


Etiketlər:  Malayziya Ermənistanı Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ