Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

XİN-in həbs edilən şöbə müdiri məhkəməyə gətirildi

XİN-in həbs edilən şöbə müdiri məhkəməyə gətirildi

Tarix: 10 Sentyabr 2020 17:14

Bakı. Samir Əli -Trend:

Xarici İşlər Nazirliyinin keçmiş Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs olunan Nurupaşa Abdullayev məhkəməyə gətirilib.

Trend--in məlumatına görə, Səbail rayon Məhkəməsində N. Abdullayevin ev dustaqlığına buraxllması ilə bağlı vəsatətə baxılır. Prosesə hakim İlkin Rüstəmli sədrlik edir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Səbail rayon Məhkəməsinin qərarı ilə adıçəkilən şəxslər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Etiketlər:  XİN həbs edilən şöbə müdiri məhkəməyə gətirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ