Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada son sutkada 9,4 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb

Fransada son sutkada 9,4 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb

Tarix: 12 Sentyabr 2020 01:56

Bakı. Trend:

Fransada son sutkada 9,4 min yeni koronavirusa yoluxma hadisəsi aşkar edilib.

Trend İnterfaks-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Qeyd edilir ki, bir gün əvvəl bu say 9,8 min idi və pandemiyanın başlanğıcından indiyədək ölkə miqyasında rekord göstərici olub.

Son 24 saat ərzində ölkədə 80 nəfərin koronavirusdan öldüyü bildirilir, bu hal üzrə ümumi say isə 31 minə yaxınlaşır.

Ümumilikdə Fransada pandemiya zamanı 360 mindən çox koronavirusa yoluxma hadisəsi qeydə alınıb.


Etiketlər:  Fransada sutkada mindən çox koronavirusa yoluxma halı qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ