Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2020 09:09
Bakı. Trend:
Ordu və təhsil. Dövlət büdcəsində hər iki strateji sahəyə təxminən eyni, özü də kifayət qədər vəsait nəzərdə tutulur. Azərbaycanın ərazi bütövlüyü, sərhədlərimizin toxunulmazlığı, ordumuzun qüdrəti Prezident İlham Əliyev üçün nə qədər önəmlidirsə, təhsil sahəsinin inkişafı da bir o qədər əhəmiyyətldir.
Ölkədə növbəti dərs ili başlayır. Son illər cəmiyyətin bütün sferalarında olduğu kimi təhsil sahəsində də böyük uğurlar əldə edilib. Çünki, təhsilin inkişafı Azərbaycanda prioritet istiqamətlərdən biri, bəlkə də birincisidir. Prezident İlham Əliyev ölkəmizdə təhsilin inkişafına həmişə böyük diqqət göstərib və bu siyasət bu gün də qətiyyətlə davam edir. Dövlət başçısının bu istiqamətdə reallaşdırdığı sistemli islahatlar təhsil sahəsini müasir hədəflərə doğru aparır. Son 17 ildə Prezident İlham Əliyevin neft kapitalını insan kapitalına çevirmək istiqamətində atdığı dəqiq və gələcəyə hesablanmış addımlar Azərbaycan təhsil sisteminin də kompleks inkişafına zəmin yaradıb. Son illərdə Prezidentin imzaladığı çoxsaylı fərman və sərəncamlar təhsil sahəsinin mükəmməl qanunvericilik bazasını formalaşdırıb. Təhsil işçilərinin sosial rifahının gücləndirilməsi də daim xüsusi diqqətdə saxlanılıb.
Əlbəttə ki, təhsilin keyfiyyətinin artırılmasında məktəb infrastrukturunun yenilənməsi böyük əhəmiyyət daşıyır. Odur ki, bu illər ərzində Prezident İlham Əliyevin əsas hədəflərdən biri yeni məktəb binalarının tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, ümumilikdə infrastrukturun tam yenilənməsi olub. Prezidentin qarşıya qoyduğu vəzifə yaxın bir ildə ölkədəki qəzalı vəziyyətdə olan bütün məktəblərin tamamilə yenidən qurulmasıdır. Tam əminliklə demək olar ki, tezliklə bu proses də uğurla başa çatacaq. Ən önəmli addımlardan biri də ölkənin müxtəlif regionlarında modul tipli məktəblərin inşasıdır. Bu gün Azərbaycanın ən ucqar bölgələrində quraşdırılan modul tipli məktəblər təhsilə əlçatanlığı təmin edir. Bu tip məktəblər həmçinin çətin relyefli ucqar kəndlərimizdə qəzalı və istismar müddəti başa çatmış məktəb problemi tamamailə aradan qaldırır.
Təsadüfi deyil ki, bu ilin dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan xərclər demək olar ki, hərbi məqsədlər üçün ayrılan vəsaitə bərabərdir. Bu çox əhəmiyyətli məqamdır. Göründüyü kimi, Prezident İlham Əliyevin siyasətində ordu quruculuğu və təhsilin inkişafı bərabər tutulur və hər iki strateji sahə daim məxsusi diqqətdə saxlanılır. Bütün bunlar dövlətimizin gələcəyimizə, təhsilimizə verdiyi böyük dəyər və önəmdir. Bir sözlə, Prezident İlham Əliyev dövlətin bütün potensial imkanlarını təhsil sahəsinin müasirləşdirilməsi və inkişafı istiqamətinə yönəldir.
Son aylarda dünyada hökm sürən dəhşətli pandemiyanın ölkəmizə də mənfi təsirlərinə, iqtisadi geriləməyə, maliyyə problemlərinə baxmayaraq Azərbaycan dövləti heç bir sosial layihənin təxriə salınmasına imkan verməyib. Xüsusən də müasir təhsil infrastrukturunun yaradılması prosesi ön planda saxlanılıb. Çünki, şəxsən Prezident İlham Əliyev təhsil sahəsini strateji, ən vacib sahə kimi hədəfləyir və bu istiqamətdə ciddi işlər görülür.
Yeni dərs ili ərəfəsində bir sıra ali təhsil müəssisələrinin yeni korpuslararının açılışı, həmçinin Bakı şəhəri və ətraf qəsəbələrdə yeni təhsil müəssisələrinin istifadəyə verilməsi dövlət siyasətinin əyani göstəricisidir. Açılışlarda bir qayda olaraq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsən iştirak etməsi, verilən tapşırıqların hansı səviyyədə yerinə yetirilməsi ilə yerindəcə tanış olmaları təhsilə göstərilən yüksək diqqət və qayğının növbəti təzahürüdür.
Təhsil sahəsinin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın da rolunu, bu istiqamətdəki yorulmaz fəaliyyətini xüsusi vurğulamaq lazımırdır. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində inşa edilən və müasir avadanlıqla təchiz olunan məktəblər bu tədbirlərin tərkib hissəsidr. Bu bir reallıqadır ki, dövlət qayğısı təhsildə keyfiyyətin yüksəldilməsinə zəmin yaradır, daha yüksək hazırlıqlı gənclərin yetişdirilməsi işinə güclü təkan verir. Mehriban Əliyevanın bu həssas münasibətinin nəticəsidir ki, təhsil müəssisələrində infrastruktur durmadan yenilənir, tədrisin keyfiyyəti yüksəlir.
Uzun illərdir ki, erməni işğalına məruz qalan, müharibə şəraitində yaşayan Azərbaycan cəmiyyətində hərbi vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, gənc nəslin vətənə, dövlətə və xalqa layiqli vətəndaş kimi yetişdirilməsi istiqamətində təhsil müəssisələrinin rolu əvəzsizdir. Bu gün hər bir təhsil ocağının, hər bir müəllimin əsas vəzifəsi yeniyetmə və gəncləri düzgün istiqamətə yönəltməkdir, onları milli ruhda tərbiyyə etmək və Azərbaycanın suverenliyi naminə istənilən tapşırığa hazır olmağı bacaran nəsil kimi hazırlamaqdır. Əgər diqqət yetirsək görərəik ki, yeni istifadəyə verilən bütün orta məktəb binalarında ayrıca hərbi sinif otaqları yaradılır. Hərbi dəsrlərdə əyani vəsaitlərdən geniş istifadə edilir, silah-surstalardan istifadə qaydaları tədris olunur. Torpaqları düşmən işğalında olan ölkənin təhsil sistemində bu strategiyanın seçilməsi xüsusi əhəmiyyətli məsələdir. Odur ki, Prezident İlham Əliyevin təhsil ictimaiyyəti qarşısında qoyduğu ən vacib vəzifələrdən biri budur.
Sahil Kərimli, Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş redaktor müavini