Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda beynəlxalq aviareyslərə qadağa müddəti uzadıldı

Gürcüstanda beynəlxalq aviareyslərə qadağa müddəti uzadıldı

Tarix: 12 Sentyabr 2020 11:40

Bakı. Trend:

Gürcüstan hökuməti ölkədə koronavirusa yoluxma hallarının artması ilə əlaqədar beynəlxalq uçuşlara qadağanın müddətini uzadıb.

Trend-in məlumatına görə, ölkə ərazisində beynəlxalq aviareyslər oktyabrın 31-dək qadağan edilib.

İstisnalar yalnız, Şota Rustaveli adına hava limanından Münhen, Paris və Riqa istiqamətlərinə uçuşlara edilib.

Qeyd edək ki, Gürcüstanda aviareyslər mart ayında dayandırılmışdı. Bu günədək ölkədə 2 075 nəfər koronavirusa yoluxub. Təkcə, son bir həftədə yoluxma sayı 454 nəfər artıb.


Etiketlər:  Gürcüstanda beynəlxalq aviareyslərə qadağa müddəti uzadıldı


RƏYLƏR