Tarix: 12 Sentyabr 2020 14:12
“Mançester Siti”nin futbolçusu Kevin de Brüyne Lionel Messinin komandaya keçidinin alınmamasına münasibət bildirib.
Qol.az Britaniya mətbuatınan istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi bu məsələnin onu maraqlandırmadığını deyib:
“Həqiqətən bu, mənim vecimə deyil. Messi “Mançester Siti”yə keçsəydi, bizə kömək edərdi. Çünki onu bütün dövrlərin ən yaxşı oyunçusu hesab edirəm. Amma “Mançester Siti”yə kimin gələcəyinə, nə baş verəcəyinə heç vaxt fikir vermirəm. Komandada digər futbolçularla birgə oynayırsınız. “Mançester Siti”də həqiqətən də yaxşı oyunçuların olduğunu, komandamızın bu baxımdan yaxşı vəziyyətdə olduğunu düşünürəm. Hansısa futbolçununn komandamıza qoşulacağını düşünmək axmaqlıq olardı. Çünki futbolda daim belə baş verir- kiminsə transfer ediləcəyi haqda xəbərlər yayılır, sonda isə heç nə olmur”.