Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan: S-400-lərin Türkiyəyə çatdırılmasında gecikmə yoxdur

Ərdoğan: S-400-lərin Türkiyəyə çatdırılmasında gecikmə yoxdur

Tarix: 29 Iyun 2019 07:24

Bakı. Trend:

S-400 zenit-raket komplekslərinin Ankaraya çatdırılması prosesində heç bir gecikmə yoxdur.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin ilə görüş zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğan bildirib: "Bildiyimə görə, bu tədarükü prosesində heç bir gecikmə yoxdur".

Onun sözlərinə görə, raketlərin birgə istehsalı və texnologiyaların verilməsi barədə razılaşma Ankara üçün prioritet əhəmiyyət daşıyır: "Biz S-400-lərin tədarükü və Düşənbədə əldə etdiyimiz razılaşma prosesini izlməyə davam edirik. Həmçinin qeyd etmək istərdim ki, raketlərin birgə istehsalı, o cümlədən texnologiyaların verilməsi bizim üçün, bizim əməkdaşlığımız üçün prioritet əhəmiyyət daşıyı".

Qeyd edək ki, Rusiya və Türkiyə prezidentləri arasında görüş G20 sammiti çərçivəsində Yaponiyanın Osaka şəhərində keçirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ərdoğan lərin Türkiyəyə çatdırılmasında gecikmə yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ