Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir: Bu il birinci sinfə daha az uşaq gedəcək

Nazir: Bu il birinci sinfə daha az uşaq gedəcək

Tarix: 13 Sentyabr 2020 16:51

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda bu il ötən illə müqayisədə nisbətən daha az uşaq birinci sinfə gedəcək.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bunun səbəbi həm demoqrafik məsələlərlə bağlıdır: “Həm də bunu pandemiya ilə əlaqələndirmək olar. Təbii ki, birinci sinfə gedən uşaqların sayı, sinif sayı azaldıqda müəllimlər üçün vakant yerlərin sayı da azalır. Əgər ötən illərdə biz daha çox şagird sayının artımını müşahidə edirdiksə, növbəti illərdə azalmanı müşahidə edəcəyik”.


Etiketlər:  Nazir birinci sinfə daha uşaq gedəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ