Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda sığorta ekspertləri qrupunun yaradılması planlaşdırılır

Azərbaycanda sığorta ekspertləri qrupunun yaradılması planlaşdırılır

Tarix: 14 Sentyabr 2020 13:16

Bakı. Fidan Babayeva - Trend:

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) bu il sığorta ekspertləri qrupu yaratmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktorunun müşaviri Məmməd Ağayev təşkilatın fəaliyyətinin yeni konsepsiyasına həsr olunmuş tədbir zamanı deyib.

O bildirib ki, bu qrup müştərilərə sığorta şirkətini seçməyə və zəruri informasiyanı almağa kömək edəcək:

“Qrupun yaradılmasından sonra bank kreditləşməsinin, daşınmaz əmlak sığortasının və kənd təsərrüfatı sığortasının fəallaşması hesabına müxtəlif sığorta növləri üzrə yığımların artımı gözlənilir”.


Etiketlər:  Azərbaycanda sığorta ekspertləri qrupunun yaradılması planlaşdırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ