Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2020 18:18
Bakı. Trend:
Erməni mənşəli livanlıların Dağlıq Qarabağa köçürülməsi Ermənistan tərəfindən təxribatdır.
Bunu Trend-ə ATƏT-in Minsk qrupunun amerikalı sabiq həmsədri Metyu Brayza deyib.
O bildirib ki, bəzi etnik ermənilərin Suriyadan Şuşaya köçürülməsi barədə videomateriala baxıb: “Videoda məlum səbəblərdən çox təhlükəli regionu tərk etdikləri üçün sevinən insanlar göstərilir. Amma, əslində, Ermənistan hökuməti tərəfindən bu insanların məskunlaşması üçün Şuşanın seçilməsi məqsədəuyğun qərar deyil, çünki bu, Azərbaycan üçün çox həssas məsələdir. Bu region üzrə işləyən hər kəs bilir ki, Şuşa Azərbaycan mədəniyyətinin beşiklərindən biridir. Ermənistanın özündə bu insanların köçürülməsi və yaxşı yaşamasının təmin olunması üçün çoxlu yerlər var. Ona görə hesab edirəm ki, bu, həqiqətən də erməni tərəfinin təxribatıdır və Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli tənzimlənməsi ilə bağlı danışıqlar prosesini daha da çətinləşdirir”.