Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2019 14:28
Bakı. Trend:
Azərbaycanın iki yunan-Roma güləşçisi "Minsk-2019" II Avropa Oyunlarında 1/4 final mərhələsində görüşünü keçirib.
Trend-in məlumatına görə, İslam Abbasov (87 kq) macarıstanlı Viktor Lorinczə qalib gələrək (3:0) yarımfinala yüksəlib. O, yarımfinal mərhələsində xorvatiyalı İvan Hukleklə güləşəcək.
Görüş Bakı vaxtı ilə saat 19:00-da olacaq.
XXX
13:52
Azərbaycanın üç yunan-Roma güləşçisi "Minsk-2019" II Avropa Oyunlarında 1/8 final görüşünü keçirib.
Trend-in məlumatına görə, 87 kq çəki dərəcəsində İslam Abbasov serbiyalı Nikolay Dobrevlə qarşılaşıb. 8:0 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi 1/4 finala yüksəlib. Növbəti mərhələdə onun rəqibi macarıstanlı Viktor Lurinczlə olacaq.
Orxan Nuriyev (97 kq) isə Avstriya təmsilçisi Daniel Qastla uduzub - 2:7.
Sabah Şəriəti (130 kq) xorvatiyalı Ante Milkoviçi 3:0 hesabı ilə məğlub edib. O, 1/4 finalda Gürcüstan təmsilçisi Yakob Kacaya ilə qarşılaşacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin