Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2020 12:38
“Qalatasaray” Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə oyun üçün heyətdə dəyişikliklər etməyi planlaşdırır.
Qol.az "Fanatik"ə istinadən xəbər verir ki, baş məşqçi Fatih Terim Superliqanın 2-ci turunda "Başakşəhər"lə qarşılaşmanı düşündüyü üçün Bakıda bəzi futbolçulara istirahət vermək istəyir.
Bildirilib ki, türk mütəxəssis ölkə çempionatının ilk turunda "Qazientep"lə matça ehtiyatda başlayan Mbaye Dian Rayan Donk, Rayan Babelə "Neftçi" ilə görüşdə start heyətdə şans verməyi düşünür. Terimin Arda Turan və Radamel Falkao, Kristian Lyundamanı isə ehtiyatda saxlayacağı gözlənilir.
"Qalatasaray"ın çalışdırıcısının həm yol yorğunluğu, həm Bakıdakı matçdan 3 gün sonra "Başakşəhər"lə görüş səbəbindən heyətdə başqa dəyişikliklər də edəcəyi bildirilir.
Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.