Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2020 15:44
Dortmund “Borussiya”sının futbolçusu Jud Bellinqem klubu üçün yeni rekord müəyyənləşdirib.
Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi buna Almaniya kubokunun 1/32 finalında “Duysburq”la matçda (5:0) nail olub. 17 yaş 77 günlüyündə olan futbolçu görüşün 30-cu dəqiqəsində fərqlənməklə klub tarixinə qol vuran ən gənc oyunçusu kimi düşüb.
Bunadək rekord Nuri Şahinə məxsus idi. Türk oyunçu 2005/06 mövsümündə 17 yaş 82 günlüyündə fərqlənmişdi.
Qeyd edək ki, 17 yaşlılardan ibarət İngiltərə millisinin də üzvü olan Jud Bellinqem ötən mövsüm “Birminqem Siti”nin heyətində də qol vuran ən gənc futbolçu olub.