Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arda və Falkao "Neftçi"yə qarşı start heyətdə olmaya bilər

Arda və Falkao

Tarix: 15 Sentyabr 2020 16:16

"Qalatasaray" Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi" ilə oyun üçün heyətdə dəyişikliklər etməyi planlaşdırır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, baş məşqçi Fatih Terim Superliqanın 2-ci turunda "Başakşəhər"lə qarşılaşmanı düşündüyü üçün Bakıda bəzi futbolçulara istirahət vermək istəyir.

Bildirilib ki, türk mütəxəssis ölkə çempionatının ilk  turunda "Qazientep"lə matça ehtiyatda başlayan Mbaye Dian Rayan Donk, Rayan Babelə "Neftçi" ilə görüşdə start heyətdə şans verməyi düşünür. Terimin Arda Turan və Radamel Falkao, Kristian Lyundamanı isə ehtiyatda saxlayacağı gözlənilir.

"Qalatasaray"ın çalışdırıcısının həm yol yorğunluğu, həm Bakıdakı matçdan 3 gün sonra "Başakşəhər"lə görüş səbəbindən heyətdə başqa dəyişikliklər də edəcəyi bildirilir.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Arda Falkao Neftçiyə qarşı start heyətdə olmaya bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ