Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2020 22:06
Skripps Araşdırma İnstitutunun alimləri, kalori istehlakını azaltmaqla, daha uzun ömürlülüyə, xərçəng, ürək-damar, şəkərli diabet və demans kimi xəstəliklər riskinin yaranma fazizinin aşağı düşməsinə səbəb olan mexanizmin olmasını sübut edib.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, təcrübə zamanı tədqiqatçılar bir neçə siçan qrupunu müqayisə edib. Qruplardan birində olan gəmiricilərə məhdud miqdarda kalorili qida verilərək, 22 dərəcə selsi temperaturda saxlanılıb. Digər bir qrup isə daha isti şəraitdə 30 dərəcə selsidə yerləşdirilib. Bundan sonra alimlər siçanların bədənindəki tərkibin yalnız yemdəki qida birləşmələrindən asılı olmayan, metabolik maddələr üzrə axtarış keçirib. Nəticədə temperaturun orqanizmin vəziyyətinə, kalori məhdudlaşdırması kimi böyük təsir etməsi ortaya çıxıb. Məməlilərin daha az qida istehlak etdikdə bədən istiliyinin aşağı düşdüyü müşahidə edilmişdir. Bununla belə, temperaturu aşağı salmaq, kalori məhdudiyyətindən asılı olmayaraq ömrünü artıra bilər.