Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2020 01:12
Bakı. Trend:
İsrail Baş Naziri Binyamin Netanyahu, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) və Bəhreynin Xarici İşlər Nazirləri Şeyx Abdullah bin Zayed Al Nahyan, Abdel Latif əz-Zayani münasibətlərin normallaşdırılmasına dair sazişlər imzalayıblar.
Trend-in məlumatına görə, mərasim Ağ Evdə ABŞ prezidenti Donald Trampın iştirakı ilə baş tutub.
Razılaşmalara görə, İsrail Fələstin-İsrail münaqişəsinin həllinə dair planında nəzərdə tutulan İordan çayının qərb sahilindəki Yəhudi məskənlərinə öz suverenliyinin aid olunmasını dayandıracaq.