Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2019 00:24
Bakı. Trend:
Fransada sürücü öz minik avtomobili ilə kafeyə müştərilərin üzərinə sürüb.
Trend-in məlumatına görə, hadisə nəticəsində yeddi nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Bildirilir ki, 60 və 72 yaşlı qadınlar ağır xəsarətlər alıblar.Həmçinin avtomobilin sürücüsü də yaşlı olub.
Məlumata əsasən, hadisəyə səbəb sürücünün qaz və əyləc pedallarını qarışdırması olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin