Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hesab.az ilə Xalq Bankın birlikdə təqdim etdiyi Qapalı Hərrac başladı

Hesab.az ilə Xalq Bankın birlikdə təqdim etdiyi Qapalı Hərrac başladı

Tarix: 16 Sentyabr 2020 13:36

Bakı. Trend:

Hesab.az portalı və Azərbaycanın ən böyük özəl banklarından biri olan Xalq Bankın birgə həyata keçirdiyi kampaniyanın birinci mərhələsi uğurla başa çatdı. İştirakçıların yüksək fəallığı ilə fərqlənən mərhələdə gözləniləndən daha böyük sayda istifadəçi ikinci mərhələyə keçmək haqqı qazandı. Hesab.az və Xalq Bank uzunmüddətli tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələr hər zaman müştərilərin razılığı və məmnuniyyətini qazanmışdır. Biz əminik ki, Hesab.az və Xalq Bank qarşıda daha böyük birgə layihələrə imza atacaq, aksiya və kampaniyalara daha geniş istifadəçi kütləsi cəlb edəcəklər.

Kampaniya haqda qeyd edə bilərik ki, 15 avqust-15 sentyabr tarixlərində Hesab.az-da qeydiyyatlı olaraq istənilən Xalq Bank kartı ilə ödəniş edən bütün istifadəçilər ödənişləri zamanı (Sığorta istisna olmaqla) 2 qat bonus qazandılar. Bununla yanaşı, müəyyən olunmuş məbləğdə qeyd olunmuş ödənişlərini Hesab.az -da ödəyən Xalq Bank kartı sahibləri 16 sentyabrda keçiriləcək Qapalı Hərracda iştirak haqqı qazanmış oldular. Mobil telefon, powerbank, səsgücləndirici kimi bir çox hədiyyənin olacağı Hərrac-da yalnız 1-ci mərhələdə şərtlərə düzgün əməl etmiş istifadəçilər iştirak edə biləcəklər.

Eyni zamanda, Xalq Bank ilə əməkdaşlığa əsasən Visa kartı olmayan istifadəçilər Hesab.az üzərindən müraciət formunu dolduraraq Xalq Bankdan pulsuz Visa Classic kartı əldə edə bildilər.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.


Etiketlər:  Hesabaz ilə Xalq Bankın birlikdə təqdim etdiyi Qapalı Hərrac başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ