Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2020 14:04
Bakı. Trend:
Bu vaxta qədər AÇG-yə 43 milyard dollardan çox sərmayə qoyulub, bundan sonra da bir o qədər sərmayə qoyulması nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu bunu Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
X.Yusifzadə deyib ki, 2020 -ci il sentyabrın 1-dək dünya bazarlarına 579 milyon ton Azərbaycan nefti çıxarılıb ki, bunun da 162 milyon tonu Bakı-Supsa, Bakı-Novorossiysk kəmərləri və dəmiryolu ilə, 417 milyon tonu isə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilib.