Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2020 14:12
Bakı. Elnur Bağışov - Trend:
İranda ötən sutka ərzində 179 nəfər koronavirusdan (COVID-19) ölüb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 23 632 nəfərə çatıb.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2 981 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 410 334 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 827 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Sadat Lari əlavə edib ki, İranda indiyədək 352 019 nəfər koronavirusdan sağalıb.
Sadat Lari qeyd edib ki, İranın Tehran, Mazandaran, Gilan, Qum, İsfahan, Rəzəvi Xorasanı, Şərqi Azərbaycan, Kirman, Şimali Xorasan, Simnan, Yəzd, Zəncan və Qəzvin vilayətləri qırmızı zonalar hesab olunurlar.
İranda indiyədək 3,64 milyondan çox diaqnoz testi həyata keçirilib.