Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2020 14:16
Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 15-də 40,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,73 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 40,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,74 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 38,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,75 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 39,12 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,72 dollar/barel çoxdur.