Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda avtomobildə qalan şəxsin meyiti çıxarılıb

Bakıda avtomobildə qalan şəxsin meyiti çıxarılıb

Tarix: 17 Sentyabr 2020 07:16

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda "Toyota" markalı minik avtomobili və "MAN" markalı yük avtomobili toqquşub.

FHN-dən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Rüstəmov Qədir İsmayıl oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az


Etiketlər:  Bakıda avtomobildə qalan şəxsin meyiti çıxarılıb


RƏYLƏR