Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2020 11:09
Azərbaycan Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində yazılıb.
Nazirlik Ukraynanın yeni milli təhlükəsizlik konsepsiyasında Azərbaycanın strateji tərəfdaş kimi qeyd olunmasını yüksək qiymətləndirdiyini bildirib:
"Biz strateji tərəfdaşlığımızı və dostluğumuzu daha da dərinləşdirəcəyik".