Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müəllimin özünü yaşadığı binadan atması ilə bağlı AÇIQLAMA verildi

Müəllimin özünü yaşadığı binadan atması ilə bağlı AÇIQLAMA verildi

Tarix: 17 Sentyabr 2020 14:39

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda 121 nömrəli tam orta məktəb müəllimin özünü yaşadığı binadan atması ilə bağlı məlumata münasibət bildirib.

Məktəbdən Trend-ə verilən məlumata görə, məktəbin ibtidai sinif müəllimi İsayeva Naidə Namiq qızının 16 sentyabr tarixində özünü Nərimanov rayonu ərazisindəki yaşadığı binanın yuxarı mərtəbəsindən aşağı atdığı haqqında məlumat daxil olmuşdur:

"Təəssüflə qeyd edirik ki, hadisə nəticəsində Naidə İsayeva vəfat etmişdir. Onu da qeyd edək ki, Naidə İsayeva həmin gün (16 sentyabr) zəng edərək özünü narahat hiss etdiyi üçün işə gələ bilməyəcəyini demişdir. N.İsayeva məktəbdə bacarıqlı, sakit və savadlı bir müəllim kimi tanınmışdır. Hadisədən kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik. Bizdə olan məlumata əsasən hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.


Etiketlər:  Müəllimin özünü yaşadığı binadan atması ilə bağlı AÇIQLAMA verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ