Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2020 15:52
Bakı. Fidan Babayeva - Trend:
Azərbaycan məhsullarının ərəb ölkələrinə ixracının artması planlaşdırılır.
Bunu Trend-ə Ərəb ölkələri ilə Əməkdaşlıq Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan məhsulunun Suriya bazarına ixracı gözlənilir:
“Bu bazara çıxış İordaniya vasitəsilə olacaq, bu istiqamətdə danışıqlar artıq baş tutub”.
Y.Əliyev bildirib ki, bununla yanaşı, Azərbaycan məhsulunu Misir, Oman, Bəhreyn bazarlarına da çıxarmaq planlaşdırılır:
“Öz növbəsində, bu ölkələrin biznes dairələri Azərbaycanda əczaçılıq, neft-kimya sənayesi, hotel və restoran biznesinə investisiya qoymağa hazır olduqlarını bildirib”.
İcraçı direktor küveytli investorların Azərbaycanda turizm sektoru ilə maraqlandığını da qeyd edib.