Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İyulda ən çox neft hasil edən ölkələr məlum olub

İyulda ən çox neft hasil edən ölkələr məlum olub

Tarix: 17 Sentyabr 2020 20:24

Bu ilin iyul ayında dünyanda ən çox neft hasil edən ölkələr məlum olub.

Sonxeber.net "APA-Economics"-ə istinadən xəbər verir ki, bu barədə "Neft Statistikası üzrə Birgə Təşəbbüs" təşkilatının (JODI) məlumatında deyilir.

Qeyd olunub ki, iyulda dünyanın əsas neft hasilatçıları sırasında ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı yer alıb. Belə ki, iyul ayında ABŞ-da gündəlik neft hasilatı 11,035 mln. barel (əvvəlki aya nisbətən 5,7% çox), Rusiyada 8,778 mln. barel (-0,1%), Səudiyyə Ərəbistanda isə 8,479 mln. barel (+13,3%) təşkil edib.

Hesabat ayında Səudiyyə Ərəbistanının neft ixracı aylıq ifadədə 15% artaraq gündəlik 5,734 mln. barelə, ABŞ-ın ixracı 4,1% artaraq 2,867 mln. barelə çatıb. JODI Rusiyanın neft ixracı üzrə məlumat verməyib. İyun ayında Rusiya Federasiyası gündəlik 4,929 mln. barel, may ayında isə 4,556 mln. barel neft ixrac edib.

ABŞ-ın neftayırma zavodlarında emal iyul ayında əvvəlki aya nisbətən 5,1% artaraq gündəlik 14,438 mln. barel, Səudiyyə Ərəbistanında 13% artaraq 2,086 mln. barelə, Rusiyada isə 5,3% artaraq 5,38 mln. barel təşkil edib.


Etiketlər:  İyulda çox neft hasil edən ölkələr məlum olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ