Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Poliklinikada qeydiyyatda olan tənha, xroniki və onkoloji xəstələr üçün çatdırılma xidməti var - Sektor müdiri

Poliklinikada qeydiyyatda olan tənha, xroniki və onkoloji xəstələr üçün çatdırılma xidməti var - Sektor müdiri

Tarix: 18 Sentyabr 2020 11:54

Bakı. Samir Əli - Trend:

poliklinikada qeydiyyatda olan tənha, xroniki və onkoloji xəstələr üçün çatdırılma xidməti fəaliyyət göstərir və bu xidmət vasitəsilə onlar adi qaydada öz dərmanlarını alırlar.

Trend-in məlumatına görə, bunu Bakı şəhər Baş Səhiyyə İdarəsi, Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri Esmira Hacıyeva deyib.

Onun ssözlərinə görə, eyni zamanda, yüksək risk qrupuna daxil olan xəstələrin yaxınları dərmanları müvafiq poliklikanın nəzdində fəaliyyət göstərən apteklərdən resepti təqdim etməklə ala bilərlər:

"Digər xəstələr sahə həkiminin qəbulundan sonra əczanəyə yaxınlaşıb, dərmanları adi qaydada əldə edirlər".


Etiketlər:  Poliklinikada qeydiyyatda olan tənha xroniki onkoloji xəstələr üçün çatdırılma xidməti Sektor müdiri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ