Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Hədəfimizə doğru addım-addım, səbrlə irəliləyəcəyik” - Orxan Məmmədov

“Hədəfimizə doğru addım-addım, səbrlə irəliləyəcəyik” - Orxan Məmmədov

Tarix: 18 Sentyabr 2020 14:22

"Neftçi" "Qalatasaray"a qarşı çox yaxşı təsir bağışladı. Hesab edirəm ki, bərabər oyun oldu. Düzdür, "Neftçi"nin qapıçısı (Aqil Məmmədov nəzərdə tutulur-red.) bir az zəif təsir bağışladı. Amma ümumən deyərdim ki, təmsilçimiz bu rəqiblə matçda çox gözəl, təmkinli oyun nümayiş etdirdi". Bu fikirləri "Zirə"nin fəxri prezidenti Orxan Məmmədov bildirib.

Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" - "Qalatasaray" matçını (1:3) Bakı Olimpiya Stadionunda izləyən Məmmədov öz klubunun gələcək planlarından da söz açıb: "Planlarımız həmişə kimi, avrokuboklara vəsiqə verən ilk 4 pillənin birində qərarlaşmaqdır. Avroliqada çıxış etməyə imkan verən yerlərdən birini tutmağı qarşımıza hədəf qoymuşuq. Futbolumuzun canlı əfsanəsi Rəşad Sadıqovun Premyer Liqada məşqçi kimi ilk təcrübəsidir. Əlbəttə, biz rəhbərlik olaraq ona tam dəstək göstəririk. Sadıqovun debüt mövsümüdür və hesab edirik ki, hədəfimizə doğru yaxşı şəkildə, addım-addım, səbrlə irəliləyəcəyik".

Məlumdur ki, Sadıqovlu "Zirə" yeni çempionatın ilk 2 turunda uduzmayaraq hesabına 4 yazıb və hazırda turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Fəxri prezidentin sözlərinə görə, bu nəticəylə yanaşı, komandanın hazırkı oyunu da onu qane edir: "Hesab edirəm ki, belə davam etsək, hədəfimizə doğru inamla irəliyəcəyik. Bu yöndə yeni transferlər gözlənilir" (sport24.az).

 


Etiketlər:  Hədəfimizə doğru addım addım səbrlə irəliləyəcəyik Orxan Məmmədov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ