Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rayan Babel ''Neftçi'' ilə oyundan danışdı

Rayan Babel ''Neftçi'' ilə oyundan danışdı

Tarix: 18 Sentyabr 2020 16:54

"Uzun fasilədən sonra ilk matçıma çıxdım. Bunun üçün minnətdaram".

Qol.az xəbər verir ki, bu sözləri "Qalatarasaray"ın futbolçusu Rayan Babel Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"ni Bakıda 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Niderlandlı hücumçu Türkiyə mətbuatına açıqlamasında zədədən sonra tədricən formaya düşdüyünü bildirib: "Yavaş-yavaş da olsa, formamı yığıram. Komanda olaraq yaxşı iş gördük"

Qeyd edək ki, "Neftçi" ilə görüşün start heyətinə yer alan Rayan Babel 83-cü dəqiqədə əvəzlənib.

 


Etiketlər:  Rayan Babel Neftçi ilə oyundan danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ