Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sumqayıt"dan qələbə, "Qəbələ" "Keşlə" ilə heç-heçə etdi - Yenilənib

Tarix: 19 Sentyabr 2020 21:12

Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura start verilib.

Qol.az xəbər verir ki, ilk oyun günü üçün nəzərdə tutulan 2 matç keçirilib.

Əvvəlcə "Qəbələ" doğma meydanda "Keşlə"ni qəbul edib. Görüşdə hesab açılmayıb- 0:0.

Günün son oyununda isə "Sumqayıt" "Səbail"lə qarşılaşıb. 9-cu dəqiqədə Süleyman Əhmədovun hesabı açmasıyla Gənclik şəhəri təmsilçisi önə keçib. Rəqibin futbolçusu Rauf Əliyev 21-ci dəqiqədə bərabərləşdirsə, Əli Qurbani 32-ci dəqiqədə "Sumqayıt"ın qələbə qolunu vurub- 2:1.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq. 19 sentyabr

19:15. "Sumqayıt" - "Səbail" 2:1

Qollar:
Süleyman Əhmədov, 9 (1:0), Rauf Əliyev, 21 (1:1), Əli Qurbani, 32 (2:1)

Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rauf Allahverdiyev
"Kapital Bank Arena"
 
17:00. "Qəbələ" - "Keşlə" 0:0

Qırmızı vərəqə:
Nikolas Raysel, 67 ("Qəbələ", ikinci sarı vərəqə)

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəhim Həsənov
Qəbələ şəhər stadionu

20 sentyabr (bazar)

18:00. “Zirə” – “Sabah”
Zirə İdman Kompleksinin stadionu

20:15. “Qarabağ” – “Neftçi”
“Azərsun Arena”

N Klublar O Q H M T-F X
1 Sumqayıt 3 2 0 1 4-2 6
2 Keşlə 3 1 2 0 1-0 5
3 Qarabağ 2 1 1 0 2-0 4
4 Zirə 2 1 1 0 3-2 4
5 Sabah 2 1 0 1 3-2 3
6 Neftçi 2 1 0 1 2-3 3
7 Qəbələ 3 0 2 1 1-4 2
8 Səbail 3 0 0 3 3-6 0


 


 


Etiketlər:  Sumqayıtdan qələbə Qəbələ Keşlə ilə heç heçə etdi Yenilənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ