Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan iriçaplı pulemyotlardan və snayper tüfənglərindən atəşkəsi 36 dəfə pozub

Ermənistan iriçaplı pulemyotlardan və snayper tüfənglərindən atəşkəsi 36 dəfə pozub

Tarix: 19 Sentyabr 2020 09:34

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 36 dəfə pozub.

Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.


Etiketlər:  Ermənistan iriçaplı pulemyotlardan snayper tüfənglərindən atəşkəsi 36 dəfə pozub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ